14 C
Baku
Thursday, April 25, 2024

Putin Rusiyanın dünyaya gübrə ixracını genişləndirməyə hazır olduğunu bildirib

Rusiya dünya bazarlarına gübrə ixracını genişləndirməyə hazırdır.

Bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının mineral gübrələr üzrə komissiyasının sədri, “Uralxim”in təsisçisi Dmitri Mazepinlə görüşdə bildirib.

Prezident qeyd edib ki, “Uralxim” dünya bazarında ən böyük oyunçulardan biridir.

“Mən bilirəm ki, iş gedir, bəzi ölkələrin yaratdığı süni maneələrə baxmayaraq, iş kifayət qədər uğurla gedir. Başa düşdüyüm kimi, bundan yalnız dünya bazarları əziyyət çəkir. Biz bu işi istisnasız olaraq bütün tərəfdaşlarla genişləndirməyə hazırıq. Əlbəttə, biz hər şey etməliyik ki, ilk növbədə kənd təsərrüfatı istehsalçılarımızın maraqlarını təmin edək, ənənəvi müştərilərinizə, istehlakçılara, həm də inkişaf etməkdə olan ölkələrdəki dostlarımıza, ilk növbədə Afrika ölkələrinə dəstək olaq. Bu, humanitar nöqteyi-nəzərdən düzgün olacaq və son nəticədə biznes nöqteyi-nəzərindən düzgün olacaq, yəni siz öz bazarlarınızı dəstəkləyəcəksiniz”, – deyə Putin vurğulayıb.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər