18 C
Baku
Saturday, April 27, 2024

Putin Rusiyanın nüvə sınaqlarını qadağan edən müqavilədən çıxmasını təsdiqləyib

Rusiyada “Nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında Müqavilə”nin ratifikasiyası ləğv edilib.

Rusiya Prezidenti Vladimir Putin bununla bağlı qanun imzalayıb.

Qeyd edək ki, ötən ay Rusiya Dövlət Duması Rusiya Federasiyasının “Nüvə sınaqlarının hərtərəfli qadağası Müqaviləsinin ratifikasiyasının geri çağırılması haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib. Müvafiq sənəd dumanın spikeri Vyaçeslav Volodinin göstərişi ilə Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin iclasında hazırlanıb və 13 oktyabrda Dövlət Dumasına təqdim edilib. Layihədə “Nüvə sınaqlarının hərtərəfli qadağası haqqında Müqavilənin ratifikasiyası haqqında” qanunun birinci maddəsinin ləğv edilməsi təklif edilir.

Xatırladaq ki, Rusiya 2000-ci ildə nüvə sınaqlarının hərtərəfli qadağası müqaviləsini ratifikasiya edib. Bəzi ölkələr, o cümlədən ABŞ və Çin hələ də sənədi ratifikasiya etməyib. Eyni zamanda, nüvə silahına malik olan dövlətlər belə sınaqlar keçirməmək üçün könüllü öhdəliklər götürüblər.

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər