Rusiya Prezidenti yanında Təhlükəsizlik Şurasının daimi üzvlərinin videokonfrans formatında iclası keçirilib.
Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Prezident Vladimir Putinin iclasda Təhlükəsizlik Şurasının daimi üzvləri ilə strateji sabitlik, eləcə də ölkə daxili problemləri müzakirə etdiyini qeyd edib.
“İclasda Rusiyanın sosial-iqtisadi inkişafına dair gündəmdə duran məsələlər müzakirə olunub. Strateji sabitlik və silahlanma üzərində nəzarət məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb”, – deyə Kremlin sözçüsü vurğulayıb.