2 C
Baku
Saturday, December 14, 2024

Putin: “Xəzər “beşliyi”nin energetika sahəsində əməkdaşlığı üçün böyük imkanları var”

Rusiya Prezidenti Vladimir Putin Xəzəryanı ölkələrin (Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan) energetika sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensialının olduğunu bildirib.

O, bu barədə Aşqabadda Xəzəryanı ölkələrin dövlət başçılarının VI Sammitində çıxışı zamanı deyib.

“Bu Xəzər “beşliyi”nin energetika sahəsində əməkdaşlığı üçün böyük imkanları var”.

Rusiya Prezidenti Xəzər akvatoriyasındakı neft və qaz yataqlarının müştərək istismarı barədə artıq razılaşmaların olduğunu deyib.

“Bu tərəflərin maraqlarını şüurlu və məntiqli şəkildə qorumaq, Xəzər dənizinin təbii sərvətlərindən energetikanın həm ənənəvi, həm də innovativ sektorlarında istifadə etməyə imkan verir”, – o deyib.

Onun sözlərinə görə, Rusiya əsas hədəfləri olaraq regional ticarət-investisiya əlaqələrinin, qarşılıqlı faydalı sənaye və yüksək texnologiya kooperasiyalarının gücləndirilməsini görür.

“Rusiyanın Xəzəryanı ölkələrlə ticarət həcmi müntəzəm şəkildə artır. Təkcə 2021-ci ildə ticarət dövriyyəsi 35%-dən çox artıb”.

Putin bu ilin yanvar-aprel aylarında həmin göstəricinin daha çox artacağını söyləyib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər