Rusiya prezidenti Vladimir Putin Özbəkistan prezidenti Şavkat Mirziyoyev ilə telefon danışığı aparıb.
Telefon danışığı zamanı dövlət başçıları iki ölkə arasında iqtisadi əməkdaşlığın aktual məsələlərini və birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər.
“Ticarət-iqtisadi əməkdaşlığın aktual məsələlərinə, o cümlədən perspektivli birgə layihələrin həyata keçirilməsinə toxunulub”, – deyə məlumatda qeyd olunub.