19 C
Baku
Thursday, April 25, 2024

Qəbul imtahanlarının II mərhələsinin 2-ci cəhdi üçün ərizə qəbulu tarixləri dəyişib

Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət edib.

DİM-dən verilən məlumata görə, abituriyentlərin nəzərinə çatdırılıb ki, I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının II mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün ərizə qəbulu tarixlərinə düzəliş edilib və qeydiyyat prosesi 2023-cü ilin iyunun 5-dən 20-dək aparılacaq.

Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi” haqqında 25 may 2023-cü il tarixli 164 №-li Qərarına uyğun olaraq 26 iyun – 2 iyul tarixləri qeyri-iş günləri hesab olunduğundan Mərkəz tərəfindən imtahana hazırlıq işlərinin vaxtında başa çatdırılması üçün qeydiyyat prosesinin iyunun 20-dək aparılması nəzərdə tutulub.

Xatırladaq ki, imtahanların 2-ci cəhdi III ixtisas qrupu üzrə 8 iyul, II ixtisas qrupu üzrə 9 iyul, I ixtisas qrupu üzrə 22 iyul, IV ixtisas qrupu üzrə isə 23 iyulda keçiriləcək.

 

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər