-1 C
Baku
Saturday, December 14, 2024

“Qərbin əlaqələri kəsdiyindən Çin və ya Rusiya ilə nüvə münaqişəsi riski artır”

“Qərbin əlaqələri kəsdiyindən Çin və Rusiya ilə nüvə münaqişəsi riski artır”.

Bunu Böyük Britaniyanın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Stiven Lavqrouv ABŞ paytaxtı Vaşinqtondakı çıxışında bildirib.

Onun sözlərinə görə, NATO ilə keçmiş SSRİ soyuq müharibə zamanında nüvə münaqişəsinə dair ümumi razılığa gəlmiş və doktrina imzalamışdılar: “Bu gün belə razılaşma yoxdur. Doktrina Moskva və Pekində – hələ Pxenyan və Tehranı demirəm – şəffaf deyil. Soyuq müharibə illərində sovetlərin doktrinasına baxışımızı yaxşılaşdıran bir sıra danışıqları udduq. Bu, nüvə müharibəsi ilə bağlı səhv hesablama aparmayacağımız üçün tərəflərə daha yüksək səviyyəli əminlik verdi”.

Lavqrouv hesab edir ki, Rusiya və Çinlə əlaqələrin pisləşməsi strateji münaqişələrin gərginləşməsi riskini və müharibənin başlaması ehtimalını artırır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər