16 C
Baku
Thursday, March 28, 2024

“Qətər DÇ-2022-yə ev sahibliyi hüququndan məhrum edilə bilər”

Futbol üzrə 2022-ci il dünya çempionatı Qətərdə keçirilməyə bilər.

“Report” Agentliyi “TNT Sports”a istinadən xəbər verir ki, FIFA mundialın ev sahibliyi seçimindəki korrupsiya qalmaqalı səbəbindən çempionatın təşkilini təcili başqa bir ölkəyə həvalə edə bilər. Qurum hazırda bunun üçün gizli görüşlər keçirdiyi bildirilir.

Qeyd edək ki, DÇ-2022-nin Qətərdə keçirilməsi ilə bağlı qərar 2010-cu ilin dekabrında qəbul olunub. Qətərlə yanaşı ABŞ, Cənubi Koreya, Yaponiya və Avtraliya yarışı keçirmək üçün namizədliyini irəli sürüb. Bir müddət əvvəl UEFA-nın sabiq prezidenti Mişel Platinin DÇ-2022-nin Qətərə verilməsi ilə bağlı korrupsiya araşdırmaları çərçivəsində Parisdə saxlanılaraq ifadəsi alınıb.

Son xəbərlər
Digər xəbərlər