10 C
Baku
Thursday, December 12, 2024

Qətər lirəni “dirildir” – $15 milyardlıq anlaşma

Türkiyə Mərkəzi Bankı (TCMB) və Qətər Mərkəzi Bankı arasında 15 milyard ABŞ dolları həcimində swap müqaviləsi imzalanıb.

Banker.az bu barədə Bloomberg HT-nin verdiyi məlumata istinadən xəbər verir.

Müqavilənin imzalanması iki ölkənin maliyyə sabitliyinə xidmət edəcəyi bildirilir.

“Türkiyə Respublikası Mərkəzi Bankə və Qətər Mərkəzi Bankı arasında 17 avqust 2018-ci il tarixində swap müqaviləsi gerçəkləşib. Dəyişikliyə əsasən isə swap anlaşmasının dəyəri 5 milyard ABŞ dolları ekvivalentində Türk lirəsi və Qətər riyalından 15 milyard ABŞ dolları ekvivalentinə yüksəlib. Valyuta mübadiləsi anlaşması ticarəti yaxşılaşdırmaq və iki ölkə arasında maliyyə sabitliyən dəstəyi sağaltmaqdır”, — deyə TCMB-nin açıqlamasında deyilir.

Qeyd edək ki, Qətərlə 2018-ci ildə 3 milyard dollarlıq anlaşma, 2019-cu ildə dəyişdirilməklə 5 milyard dollara çatdırılıb.

Hazırda Türkiyədə milli valyuta dollar qarşısında zəifləməkdədir. Bununla yanaşı TCMB-nin valyuta ehtiyyatları azalıb və ölkədə dollar çatışmamazlığı yüksək həddə keçib.

Son xəbərlər
Digər xəbərlər