10 C
Baku
Thursday, December 12, 2024

Qətər realı siyasi çəkişməyə tab gətirmədi – 8 illik minumumda

Qətərin milli valyutası olan rialın ABŞ dolları qarşısında məzənnəsi fyuçers müqavilələrində 8 illik minimuma enib.

Rusiya mətbuatına istinadən, nağd valyuta bazarında QAR/USD nisbəti ötən gün 3,647 səviyyəsinə qədər yüksəldikdən bir qədər sonra 3,6421 səviyyəsinə qədər geriləyib.

Həmçinin Qətərin əsas fond birjası indeksi olan “QE General” son 2 gündə 8,3% azalaraq 9 058 bəndə çatıb. Bu 2016-cı il yanvarın 24-dən etibarən ən aşağı göstəricidir.

Qeyd edək ki, iyunun 5-də 6 ərəb ölkəsi, Maldivlər və Mavritaniya Qətərlə diplomatik əlaqələri kəsdikdən sonra bəzi iqtisadi münasibətləri də dayandırıblar.

Image result for Muslim Brotherhood Is at the Heart of Gulf Standoff With Qatar
Şəkildə müsəlman dövlətləri göstərilib: tünd narıncı ilə işarələnmiş ölkələr Qətərlə diplomatik əlaqələri kəsib.
MənbəReport
Son xəbərlər
Digər xəbərlər