13 C
Baku
Tuesday, May 7, 2024

Qətər şeyxi “Mançester Yunayted”in yeni sahibi oldu

Şeyx Jassim İngiltərənin “Mançester Yunayted” futbol komandasının satın alınması uğrunda mübarizəni qazanıb və oktyabrın ortalarına qədər klubun 6 milyard funt-sterlinq dəyərində alınmasını tamamlamağa hazırlaşır.

Qətərin kral ailəsinin üzvü Qleyzer ailəsinin klubdakı payını saxlamağa razı olan britaniyalı milyarder Cim Retklifi qabaqlayıb.

Məlumata görə, Qleyzerlər “Mançester Yunayted”də pay saxlamaq və klubda səhmlərə sahib olmaqda davam etmək niyyətində olublar, lakin iş adamlarına bunun azarkeşlərin böyük reaksiyasına səbəb olacağı barədə xəbərdarlıq edilib.

Qleyzer ailəsi “Mançester Yunayted”i 2005-ci ildə 800 milyon funt-sterlinqə satın alıb.

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının cari mövsümündə iki oyun keçirib. Bu oyunlardan birində qalib, digərində məğlub olub.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər