2 C
Baku
Saturday, December 14, 2024

Qətərdə ABŞ rəsmiləri ilə Taliban arasında görüş keçirilib

Talibanın iki il əvvəl Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra ABŞ-la ilk rəsmi danışıqlar baş tutub.

Qətərin paytaxtı Dohada baş tutan iki günlük danışıqlarda iqtisadiyyat, insan haqları və narkotik maddələrin qaçaqmalçılığı kimi məsələlərə fokuslanılıb.

Əfqanıstanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Abdul Qahar Balxi bildirib ki, tərəflər müzakirələr boyunca etimad inşası tədbirlərini, həmçinin Əfqanıstana tətbiq edilən sanksiyaların və səyahət qadağalarının götürülməsi, Əfqanıstan mərkəzi bankının xaricdəki aktivlərinin qaytarılması məsələlərini müzakirə ediblər.

ABŞ Dövlət Departamentinin bəyanatında isə bildirilib ki, ABŞ rəsmiləri Talibana Vaşinqtonun iqtisadi sabitliklə bağlı texniki danışıqlara hazır olduğunu bildiriblər, həmçinin qarşı tərəfə ABŞ-ın Əfqanıstanda insan haqlarının pisləşməsinə görə narahatlığı çatdırılıb. Görüşdə Əfqanıstanda saxlanılmış amerikalıların azadlığa buraxılması, əfqan qadınların orta təhsil almasına qoyulan qadağanın götürülməsi, qadınların işlə təmin edilməsi məsələləri də diqqətdə saxlanılıb.

Vaşinqtonun danışıqlarda iştirak edən nümayəndə heyətinə ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tomas Vest və Əfqan qadınlar, qızlar və insan haqları üzrə xüsusi nümayəndə Rina Amiri daxil olub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər