10 C
Baku
Wednesday, December 11, 2024

Qadınların pensiyasını artırmaq üçün yeni Təklif

“Rəsmi statistikaya görə, Azərbaycanda kişilər qadınlardan 54.0 faiz çox maaş alır. Azərbaycanda iqtisadi fəal (məşğul və işsiz) əhalinin sayı 5 milyon 304 min nəfər olub. Bunun 2 milyon 714 min nəfərini qadınlar, 2 milyon 591 min nəfərini kişilər təşkil edib”.

Banker.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, işsizlik səviyyəsi qadınlar arasında daha çox nəzərə çarpır:

“Qadınlar arasında işsizlik 7%, kişilər arasında 4.9%-dir. Qeyri-fəal əhalinin böyük əksəriyyətini qadınlar təşkil edir- 66.0 faiz. Əmək haqqı arasındakı fərqlər qadınların kişilərə nisbətən daha az pensiya almasına səbəb olur. Bır sıra ölkələrdə qadınların pensiya yaşı tamam olan zaman onların pensiya kapitalı xüsusi əmsala (kofisentə) vurularaq artırılır. Nəticədə, pensiyaya çıxan qadınların aldığı pensiya məbləği avtomatik olaraq artırılır. Bu baxımdan, təklif edirəm ki, oxşar təcrübədən Azərbaycanda da istifadə olunsun. Qadınların pensiya kapitalı xüsusi əmsala vurularaq artırılsın.

Məsələn, əgər pensiya yaşı tamam olan qadın vətəndaşımızın pensiya kapitalı 30 min manatdırsa, o zaman 1.5 əmsalına vurularaq 45 min manata çatdırıla bilər. Bu da qadın pensiyaçıların daha çox pensiya almasına və pensiya yaşı tamam olan qadın vətəndaşlarımızın sosial təminatının daha da güclənməsinə imkan yaradar”.

Son xəbərlər
Digər xəbərlər