19 C
Baku
Sunday, May 19, 2024

“Qala Həyat” sığorta şirkətində işçilərin sayı azalmaqdadır

“Qala Həyat” sığorta şirkətinin işçilərinin sayında azalma olub.

Banker.az bu barədə sığorta şirkətinin yarımillik hesabatına istinadən xəbər verir.

2020-ci ilin birinci yarımilliyində “Qala Həyat” sığorta şirkətinin işçilərinin sayı 66 nəfər olub. Halbuki, ötən ilin müvafiq dövründə isə sığorta şirkətinin işçilərinin sayı 70 nəfər təşkil edib. Belə ki, illik müqayisədə “Qala Həyat”ın 4 nəfər işçisi azalıb.

Onu da qeyd edək ki, şirkətin 2019-cu il üzrə illik idarəetmə hesabatına görə “Qala Həyat” sığorta şirkətinin işçilərinin sayı 69 nəfər olub.

Xatırladaq ki, “Qala Həyat” Sığorta Şirkəti 2010-cu ildən fəaliyyətə başlayıb. “Qala Həyat” 13 041 600 manat nizamnamə kapitalına malik olan həyat sığortası şirkətidir. Şirkətin əsas səhmdarı aktivlərinin həcminə görə ölkənin ən iri sığorta qurumu olan “AzRe Təkrarsığorta” ASC-dir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər