6 C
Baku
Monday, December 16, 2024

Qanunsuz sahibkarlıq fəaliyyətinə görə biznes strukturlardan 570 min manata yaxın məbləğdə cərimələr alıb

Vergilər Nazirliyi 2011-2015-ci illərdə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə 568,6 min manat ümumi məbləğdə maliyyə sanksiyaları tətbiq edib. Bu barədə nazirlikdən məlumat verilib.

“Vergilər Nazirliyi 2011-2015-ci illərdə vergi uçotnda olmauyan fiziki və hüquqi şəxslər tərəfindən qanunsuz sahibkarlıq fəaliyyəti faktları üzrə 15,055 min akt tərtib ediblər”, – deyə nazirliyin nümayəndəsi məlumat verib.

Aşkar edilən pozuntular əsasında həmin şəxslərə qarşı 568,6 min manat məbləğində maliyyə sanksiyaları tətbiq olunub.

“Bununla belə, 11,296 min vergi ödəyicisi vergi uçotuna qəbul edilib”, – deyə o vurğulayıb.

 

İnterfaks-Azərbaycan

Son xəbərlər
Digər xəbərlər