10 C
Baku
Thursday, December 12, 2024

Qanunvericiliyə ”elektron xidmət” anlayışı daxil edilir

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna

ilk dəfə olaraq ”elektron xidmət” anlayışı daxil edilir.

Layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, elektron xidmət anlayışı dövlət orqanları (qurumları) tərəfindən səlahiyyətlərinin icrası zamanı digər dövlət orqanlarına (qurumlarına), bələdiyyələrə, fiziki və hüquqi şəxslərə göstərilən və müvafiq hüquqi nəticənin yaranması, yaxud xidmət istifadəçisinə zəruri informasiyanın verilməsi ilə tamamlanan dövlət xidmətlərinin informasiya texnologiyalarından istifadə edilməklə tərəflər arasında bilavasitə təmas olmadan (xidmətin məqsədləri üçün belə təmasın tələb edildiyi hallar istisna olmaqla) elektron qaydada həyata keçirilməsi formasını bildirəcək.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər