Banker.az saytı xəbər verir ki, xüsusi qaz qurğusu ilə bankomatdan pul vəsaitlərini oğurlamağa çalışan qarətçilər təsadüfən bankomatda olan bütün pullara od vurub.
Bu ağılasığmaz cinayət hadisəsi Vaşinqton ştatının Everett şəhərində baş verib. Hazırda polis oğruların şəxsiyyətini araşdırmağa davam edir.
Verilən məlumatlara görə, hadisə yerinə gələn yanğınsöndürən və polis əməkdaşları hadisə nəticəsində bankomat ilə birgə içərisində olan bütün pulların da yanğını aşkar edib.
Bankomatın yaxınlığında quraşdırılmış müşahidə kamerasından məlum olur ki, qarətçilərdən biri alovu söndürmək istəsə də, buna nail ola bilməyib. Onlar tərəfindən edilən bütün səylərə baxmayaraq, yanğını söndürmək və pulları götürmək mümkün olmayıb. Belə ki, bankomatdakı bütün vəsaitlər yanıb.
Polis istintaq prosesinə yardım edəcək məlumatı təqdim edən şəxslərə 6 min dollar mükafat vəd edib.