12 C
Baku
Wednesday, December 11, 2024

Qara bazarın “töhfələri”

Narkotiklər, silahlar, oğurlanmış əşyalar – bütün bunlar qanunsuz ticarətin məşhur “lotlarıdır”. Bəs qara bazar bizə daha nələr təqdim edə bilər?! Oxuduqlarınıza biganə qala bilməyəcəksiniz.

İnsan orqanları ilə ticarət:

Bu nə qədər dəhşətli səslənsə də, kino sujetlərini xatırlatsa da bu cür “məhsul” qara bazarda xüsusi yerə sahibdir. Hamıya məlumdur ki, insan 1 böyrək vasitəsilə də normal həyat fəaliyyətini davam etdirə bilər. Məhz bu faktdan xəbəri olan nisbətən yoxsul insanlar böyrəyinin birindən imtina etməyə hazırdırlar. Bundan daha çox istifadə edənlər isə filippin, hind və pakistanlılardır. Məhz bu ölkə vətəndaşları cəmi 5000 ABŞ dolları qarşılığında öz böyrəyini satmağa hazırdır. Tibb müəssisələrində isə bu orqanın köçürülməsi üçün 200 000 ABŞ dolları tələb olunur! Bundan əlavə, Çin vətəndaşları yalnızca böyrəklə kifayətlənmir. Lakin orqan sahibləri heç bir halda sağ qalmırlar. Çünki bunlar edam cəzasına məhkum edilmiş şəxslər olur. Hər il Çində təqribən 4500 məhkum edam edilir və ekspertlərin fikrincə bu edam məhz orqanların toplanması ilə əlaqədar olaraq edilir.

Uşaq ticarəti:

Bu qara bazarda ən prestijli növ hesab edilir. İnanmayacaqsınız, lakin Braziliyada xüsusi gizli “fermalar” vardır və burada sözün əsl mənasında uşaq yetişdirilir. Diqqət çəkən odur ki, bu uşaqların “valideynləri” Almaniyadan gələn mühacirlər olur. Bu uşaqlar qara bazarda övladlığa götürülmə məqsədləri ilə satılır. Çin isə sırf qız uşaqlarını satmaqda məşhurdur. Ümumi hesablamalara görə kriminal təşkilatlar bu növ ticarətlərdən 32 milyard dollara qədər gəlir əldə edə bilir.

Son xəbərlər
Digər xəbərlər