9 C
Baku
Thursday, December 12, 2024

“Qarabağda “yaşıl enerji”yə dair konsepsiya demək olar ki, hazırdır”

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının tətbiqi üzrə konsepsiya demək olar ki, hazırdır”.

Banker.az xəbər verir kir, bu barədə VIII Qlobal Bakı Forumu çərçivəsində çıxış edən energetika naziri Pərviz Şahbazov əlavə edib ki, sənəd hazırda hökümətlə razılaşdırma mərhələsindədir:

“Bildiyiniz kimi, Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını “yaşıl enerji” zonaları elan edib. Bununla bağlı dövlət başçısının Energetika Nazirliyinə tapşırığı olub. Həmin konsepsiya imkan verəcək ki, biz bölgədə elektrik enerjisi istehsalını bərpa olunan enerji mənbələri hesabına həyata keçirək, eyni zamanda, istehlakçılarla bağlı da yüksək texnologiyalar, “yaşıl texnologiyalar” tətbiq edək”.

Son xəbərlər
Digər xəbərlər