9 C
Baku
Friday, December 13, 2024

Qarabağdakı şirkətlərin dividend gəlirləri 10 il vergidən azad edilir

Gələn ildən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən hüquqi şəxslərin divident gəlirlərinin 10 il vergidən azad edilməsi nəzərdə tutulub.

Bu, Vergi Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) divident gəlirləri 2023-cü il yanvarın 1-dən 10 il müddətinə vergidən azad olunur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər