“Qaradağ Şüşə Zavodu” ASC-nin dövlətə məxsus səhmlərinin satışı ilə bağlı elan edilmiş investisiya müsabiqəsinə yekun vurulub.
Banker.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, “Glass Vay” MMC investisiya müsabiqəsinin qalibi elan olunub.
2 avqust 2023-cü il tarixində müsabiqənin qalibi ilə alqı-satqı müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, investor dövlət büdcəsinə 20 milyon manat köçürməli, 2 il ərzində müəssisədə 10.5 milyon manat həcmində İnvestisiya Proqramını icra etməlidir.