“Qatar Airways” aviaşirkəti diplomatik münasibətlərin korlanması səbəbindən bir sıra ölkələrə uçuşları ləğv edib.
Bu barədə “Peninsula” nəşri yazıb.
Məlumata görə, söhbət BƏƏ, Bəhreyn, Misir və Səudiyyə Ərəbistanına olan reyslərin ləğvindən gedir. Qeyd olunur ki, məhdudiyyət iyunun 6-dan başlayır. Həmin reyslərə bilet alan bütün sərnişinlərə alternativ marşrutlar və ya biletlərin dəyəri qədər təzminat vəd olunub.
Bazar ertəsi birdən-birə Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ, Liviya və Yəmən daxil olmaqla altı ərəb ölkəsi Qətəri terror təşkilatlarını dəstəkləməkdə və Yaxın Şərqdə sabitliyi pozmaqda ittiham edərək, onunla diplomatik münasibətləri dayandırdıqlarını bəyan ediblər. Bununla əlaqədar olaraq Qətərlə qurudan mövcud olan marşrutlar bağlanıb. Eyni zamanda, Bəhreyn, Səudiyyə Ərəbistanı və BƏƏ Dohaya öz dəniz limanları və hava məkanlarından istifadə etmək qadağası qoyub. Qətər isə bütün ittihamları qətiyyətlə rədd edib.