15 C
Baku
Friday, March 29, 2024

“Qatar Airways” Qətərin blokadasına görə 69 mln. dollar itirib

Qətərin milli aviadaşıyıcısı – “Qatar Airways” qonşu ölkələrin tətbiq etdiyi blokadaya görə, son 1 ildə 69 mln. ABŞ dolları itirib.

Şirkət öz hesabatında bu ilin son 20 il ərzində ən çətin illərdən biri olduğu vurğulayıb.

Qeyd edəki ki, 2017-ci il iyunun 5-də Səduiyyə Ərəbistanı, BƏƏ, Misir, Maldivlər, Yəmən və Liviya Qətərlə diplomatik əlaqələrin ayrıldığını elan ediblər. Buna səbəb kimi isə hökumətin terror təşkilatlarını maliyyələşdirməsi və digər ölkələrin müstəqilliyinə qarışması göstərilib. Bu ölkələr Qətər təyyarələrinə öz ərazilərdə uçmağı qadağan ediblər.

Bunun nəticəsində “Qatar Airways” 18 istiqamətdə reysini bağlamağa məcbur olub. Şirkətin hesabatında qeyd olunur ki, digər istiqamətlərə yönləndirmələr böyük xərclər tələb edib. Şirkətin 2017/2018 maliyyə ili üzrə gəliri 2,6 mlrd. dollar təşkil edib.

Son xəbərlər
Digər xəbərlər