10 C
Baku
Thursday, December 12, 2024

“QatarEnergy” Livanda qaz yatağı planlarını açıqlayıb

Qətərin neft-qaz şirkəti “QatarEnergy” Livanda qaz yatağının işlənməsində iştirak etmək imkanını nəzərdən keçirir.

Bu barədə şirkətin rəhbəri Saad əl-Kaabi bildirib.

“Biz Livan hökuməti, həmçinin “Total” və “Eni” tərəfdaşları ilə bu blokda təxminən 30 % iştirakımızı müzakirə etmək prosesindəyik. Bu, razılaşma şəklində ümumiləşdiriləndə və biz bu razılaşmanı imzalayanda bunu elan edəcəyik”, – o qeyd edib.

Livanda ilkin kəşfiyyat lisenziyası “TotalEnergies”, İtaliyanın “Eni” və Rusiyanın “Novatek” şirkətlərindən ibarət konsorsiuma məxsus idi. Sentyabrda rəsmi Beyrut 20 % paya sahib olan “Novatek”in çıxdığını elan edib.

Son on ildə Şərqi Aralıq dənizinin sahil zonalarında böyük qaz yataqları aşkar edilib. Qərb ölkələri Rusiyadan qaz tədarükünü kəsmək üçün hərəkətə keçəndən sonra onlara maraq artıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər