19 C
Baku
Wednesday, May 15, 2024

Qazaxıstan apreldə Azərbaycan vasitəsilə 125 min ton neft ixrac edəcək

Cari ilin aprel ayında Qazaxıstan Azərbaycan vasitəsilə 125 min ton neft ixrac etməyi planlaşdırır.

Bunu Qazaxıstan Baş nazirinin müavini – ticarət və inteqrasiya naziri Serik Jumanqarin deyib.

“Ötən il “KazMunayQaz” və SOCAR kompaniyaları arasında imzalanan saziş əsasında 2023-cü ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə 1.5 milyon ton neft tədarük edəcəyik. Proses mart ayında başlayıb və ilk iki tanker 20 min ton neftlə yola salınıb. Aprel ayında daha 125 min ton neft ixrac olunacaq”, – deyə nazir bildirib.

 

MənbəAzertac
Son xəbərlər
 ⁠
Digər xəbərlər