11 C
Baku
Wednesday, December 11, 2024

Qazaxıstan elektrik enerjisinin 12 faizini AES-də istehsal edəcək

Qazaxıstanın Energetika Nazirliyi 2035-ci ilə qədər atom elektrik stansiyasında (AES) istehsal ediləcək enerjinin payının 12 faiz olacağını proqnozlaşdırır.

Bunu respublikanın energetika nazirinin müavini Jandos Nurmaqanbetov deyib.

“Proqnoza görə, 2035-ci ilədək elektrik enerjisi istehsalının strukturunda kömürün payı 40 faizə qədər azalacaq, bərpa olunan enerji mənbələrinin payı isə 23 faiz artacaq. Qaz generasiyası elektrik enerjisi istehsalının 18 faizini təşkil edəcək. Ümumilikdə isə enerjisi istehsalında su elektrik stansiyalarının payı – 7 faiz, atom elektrik stansiyalarının payı isə 12 faiz olacaq”, – deyə Jandos Nurmaqanbetov bildirib.

Qazaxıstan hakimiyyəti gələcəkdə AES-in tikintisi üçün dörd mümkün təchizatçını müəyyən edib. Buraya Cənubi Koreyanın KHNP (Korea Hydro & Nuclear Power), Çinin CNNC, Fransanın EDF və Rusiyanın “Rosatom” kompaniyaları daxildir.

Bir müddət öncə Qazaxıstanın energetika naziri Polad Akçulakov atom elektrik stansiyanın inşası üçün Alma-Ata vilayətindəki Balxaş gölünün ərazisinin müəyyən olunduğunu deyib. Onun sözlərinə görə, nazirlik Çin, Fransa, Cənubi Koreya və Rusiyanın nüvə reaktorlarının texnologiyalarını nəzərdən keçirir. İstifadə olunacaq texnologiyanın 2023-cü ildə müəyyən edilməsi gözlənilir.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər