2 C
Baku
Saturday, December 14, 2024

Qazaxıstan “Lukoil”lə yataqların birgə işlənməsini müzakirə edib

Qazaxıstan Respublikasının Baş naziri Əlixan Smailov Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının Enerji siyasəti və enerji səmərəliliyi komitəsinin sədri, Rusiyanın “Lukoil” neft şirkətinin ortaq sahibi Vahid Ələkbərov ilə görüş keçirib.

Tərəflər neft yataqlarının geoloji kəşfiyyatı və işlənməsi, o cümlədən qazma qurğularının modernləşdirilməsi, logistika və vergitutma sahəsində birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər.

Məlumata görə, Əlixan Smailov Qazaxıstan hökumətinin birgə işi davam etdirməyə və əməkdaşlığın yeni mümkün istiqamətlərini müəyyən etməyə hazır olduğunu vurğulayıb.

Öz növbəsində Vahid Ələkbərov Qazaxıstanda investisiyaların daha da genişləndirilməsində və yeni layihələrin hazırlanmasında maraqlı olduğunu qeyd edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər