6 C
Baku
Saturday, December 14, 2024

Qazaxıstan rəqəmsal təngəni rəsmi olaraq istifadəyə verib

Qazaxıstan maliyyəçilərinin XI Konqresi çərçivəsində Qazaxıstanda rəqəmsal təngənin (digital tenge – DT) buraxılış mərasimi baş tutub. İlk rəqəmsal təngə əməliyyatını Milli ödəniş korporasiyasının sədri Binur Jalenov həyata keçirib.

“Qeyd edirəm ki, bu, bankın rəqəmsal valyuta hesabına bağlı dünyada ilk debet ödəniş kartıdır”, – Jalenov deyib.

Onun sözlərinə görə, Qazaxıstanda “mövcud ödəniş kartlarını rəqəmsal təngə platforması ilə birləşdirən texnologiya qurulub, hansı ki ApplePay, SamsungPay və digər tətbiqlərdən istifadə etməklə dünyanın istənilən yerində, harada olursunuzsa olun, rəqəmsal təngə ilə ödəniş etməyə imkan verir”. Jalenkov bildirib ki, Qazaxıstan 2024-cü ildə respublikanın tərəfdaşları və maliyyə bazarı iştirakçıları ilə birlikdə “platformanın genişmiqyaslı inkişafına” ümid edir.

2021-ci ildə Qazaxıstan Milli Bankı rəqəmsal valyuta konsepsiyasını yoxlamaq üçün “Digital Tenge” pilot layihəsini həyata keçirib. 2022-ci ildə maliyyə tənzimləyicisi rəqəmsal təngənin mümkün tətbiqinin faydalarını və xərclərini öyrənməyə davam edib. Rəqəmsal təngə platforması real istehlakçılar və ticarət və xidmət müəssisələri ilə birgə sınaqdan keçirilib.

Son xəbərlər
Digər xəbərlər