Qazaxıstan rəqəmsal valyutaya keçdi

Qazaxıstanda üçüncü milli valyuta kimi rəqəmsal təngənin istifadəsinə başlanılıb.

Rəqəmsal təngə ölkədə nağd və nağdsız ödənişlərlə yanaşı istifadə olunacaq.

Beləliklə, rəqəmsal təngə Qazaxıstanın maliyyə sistemində rəsmi ödəniş vasitələrindən biri statusunu qazanıb. Yeni valyutanın tətbiqinin ödənişlərin təhlükəsizliyinin artırılmasına, maliyyə əməliyyatlarının daha səmərəli həyata keçirilməsinə və rəqəmsal iqtisadiyyatın inkişafına töhfə verəcəyi gözlənilir.

Qeyd edək ki, rəqəmsal təngə Qazaxıstan rəqəmsal təngəsi ölkənin milli valyutası olan təngənin rəqəmsal forması hesab olunur.

MənbəMODERN.AZ
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər