18 C
Baku
Monday, April 29, 2024

Qazaxıstan Talibanı qadağan olunmuş təşkilatlar siyahısından çıxarır

Qazaxıstan hakimiyyəti Taliban hərəkatını ölkədə qadağan olunmuş təşkilatlar siyahısından çıxarmaq qərarına gəlib, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib.

“Qazaxıstan mütəmadi olaraq ölkədə qadağan olunmuş terror təşkilatlarının milli siyahısını yeniləmək üçün nəzərdən keçirir. Bu prosesin bir hissəsi olaraq Taliban hərəkatının siyahıdan çıxarılması barədə qərar qəbul edilib”, – Aybek Smadiyarov söyləyib.

“Belə ki, BMT Təhlükəsizlik Şurasının məcburi olan qətnamələrinə əsasən, Taliban BMT Təhlükəsizlik Şurası tərəfindən terrorçu kimi tanınan təşkilatlar siyahısına daxil edilməyib”, – cənab Smadiyarov məsələyə aydınlıq gətirib.

Taliban hərəkatı 1986-1987-ci illərdə yaranıb və dünyanın bir çox ölkəsində qadağan olunmuş terror təşkilatı kimi tanınır. Taliban Əfqanıstanı 1996-2001-ci illərdə idarə edib. Hərəkat 2021-ci ildə ABŞ qoşunlarının ölkədən çıxarılmasından sonra hakimiyyətə qayıdıb.

İndi Taliban müxtəlif ölkələrlə, o cümlədən Qazaxıstanla diplomatik əlaqələr qurmağa çalışır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər