Qazaxıstan Mərkəzi Bankı bu gün, iyunun 5-də keçirdiyi iclasda uçot dərəcəsini 0,5 faiz bəndi endirərək 10,5% həddində təsdiqləyib.
“Reuters” agentliyinə istinadən, bu barədə məlumat Qazaxıstan Mərkəzi Bankı tərəfindən yayılıb.
Bankdan verilən məlumatda həmçinin deyilir ki, ölkə iqtisadiyyatının sürətli bərpası və artan məcmu tələb fonunda inflyasiya riskləri o qədər də yüksək deyil: “Neftin qiyməti 50 dollar/barel səviyyəsində qalacağı təqdirdə iqtisadiyyatın baza ssenarisinin həyata keçirilməsi yaxın 12 aylıq perspektivdə uçot dərəcəsinin azaldılmasını istisna etmir”.