6 C
Baku
Saturday, December 14, 2024

Qazaxıstan vətəndaşların kreditlərini bağışlamaq üçün $276 mln. xərcləyəcək

Qazaxıstanın hökuməti yoxsul vətəndaşların kreditlərini bağışlamaq üçün dövlət büdcəsindən 105 milyard tenqe (276 milyon dollar) vəsait ayıracaq.

Banker.az xəbər verir ki, bu haqda 27 iyun tarixində Qazaxıstanın maliyyə naziri Alixan Smailov bildirib. Vəsaitin bir hissəsi dövlət büdcəsindən, digər hissəsi isə Qazaxıstanın problemli kreditlər fondunun xüsusi istiqrazların emissiyasından alınacaq. Eyni zamanda borcun bir hissəsi Qazaxıstanın maliyyə institutları tərəfindən öz hesabına silinəcəkdir.

“Tələb olunan məbləğə gəldikdə, borcların ödənilməsi üçün təxminən 105 milyard tenqe vəsait lazımdır. Onlardan 88,5 milyard tenqe dövlət büdcəsindən cəlb ediləcək.

Fondumuzun problemli kreditlər üzrə xüsusi istiqrazlarının emissiyası ilə təxminən 17 milyard tenqe cəlb edəcəyik. Xatırladaq ki, təmin edilməmiş kreditlər üzrə cərimələrin və cəzaların 70% -i maliyyə institutlarının hesabına ödəniləcəkdir”.

Qazaxıstanın Milli bankının sədri Oleq Smolyakov əlavə edir ki, söhbət “birdəfəlik aksiyadan” gedir. Onun sözlərinə görə, proses iki ay davam edəcək.

Qazaxıstanın prezidenti Qasım-Comərd Tokayev 26 iyunda vətəndaşların vergi yükünün azaldılmasına dair fərman imzalayıb. Fərman 500 min insanın kreditlərinin bağışlanmasını nəzərdə tutur.

 

Son xəbərlər
Digər xəbərlər