5 C
Baku
Saturday, December 14, 2024

Qazaxıstan yanvarda Almaniyaya neftin sınaq partiyasını göndərə bilər

“Qazaxıstanın dövlət şirkəti olan “KazMunayQaz” (KMG) 2023-cü ilin yanvar ayında Almaniyaya neftin sınaq partiyasının göndərilməsi imkanını nəzərdən keçirir”.

Bunu şirkətin İdarə Heyətinin sədri Maqzum Mirzaqaliyev Almaniyanın İqtisadiyyat və İqlimin Mühafizəsi Nazirliyinin dövlət katibi Mixael Kelnerlə danışıqlardan sonra bildirib.

M.Mirzaqaliyev müqavilə ilə bağlı məsələlərin və texniki amillərin həll edilməsinin vacibliyini deyib.

Xatırladaq ki, dünən Rusiyanın “Transneft” şirkətinin prezidenti Nikolay Tokarev Polşa və Almaniyadan neft nəqli ilə bağlı müraciətlər aldıqlarını açıqlamışdı. Almaniya isə 2023-cü ildən Rusiya neftini almaq niyyətində olmadığını bildirib. Məlum olub ki, Almaniya tərəfi “Transneft” sistemi ilə nefti nəqli ilə bağlı müraciət etsə də, “Drujba” neft kəməri ilə Rusiya deyil, Qazaxıstan nefti idxal etmək niyyətindədir. Bununla belə, Almaniya ilə Qazaxıstan arasında hələlik heç bir konkret saziş yoxdur. Hesablamalara görə, Qazaxıstan Almaniyaya Rusiyanın illik tədarük etdiyi 19-20 milyon ton qarşılığında yalnız 3-7 milyon ton neft ixrac etmək iqtidarındadır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər