16 C
Baku
Thursday, April 25, 2024

Qazaxıstanda koronavirusun “Nigeriya” ştamı aşkarlanıb

Qazaxıstanda koronavirusun “Nigeriya” ştamı aşkar edilib.

Banker.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Aleksey Tsoy məlumat verib.

Onun sözlərinə görə, nazirlik ölkədə koronavirusun müxtəlif növlərinin dövriyyəsini müəyyən etmək üçün işlərini davam etdirir. Xüsusilə, Səhiyyə Nazirliyi bu ilin iyul-avqust aylarında COVID-19 xəstələrindən alınan müsbət laboratoriya nümunələrini sıralamaqla koronavirus infeksiyasının genetik tədqiqatını aparır.

“Qazaxıstan Respublikasında 96 nümunənin tədqiqi nəticəsində müəyyən edilib: “Hindistan” (“Delta”) – 59.4%, “Böyük Britaniya” (“Alpha”) – 25%, “Uhan” – 10.4% və “Nigeriya” (“Eta”) – 5.2% tutur”, – deyə nazir sosial şəbəkədə yazıb.

Yeni “Eta” ştamının ortaya çıxması 2020-ci ilin dekabrında məlum olub, xəstəliyin ilk halları Nigeriya və Böyük Britaniyada aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, 15 sentyabr 2021-ci il tarixində koronavirusun bu növü dünyanın 77 ölkəsinə yayılıb. Təşkilat onu “müşahidə” tələb edən ştamlara aid edib.

O, həmçinin yenin növün klinik əlamətlərinin “Alpha” və “Beta” ştamları ilə eyni olduğunu vurğulayıb – yüksək hərarət, öskürək, qoxu və dad itkisi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər