7 C
Baku
Thursday, December 12, 2024

Qazaxıstanda meşə yanğınıyla bağlı yanlış proqnoza görə cinayət işi açılacaq

Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi və digər dövlət orqanları meşə yanğını ilə bağlı yanlış proqnoz verib, bu səhlənkarlıq cinayətdir.

Bunu Qazaxıstan Prezidenti Kasım-Comart Tokayev Abay bölgəsində meşə yanğınlarında həlak olanların yaxınları ilə görüşdə bildirib.

Kasım-Comart Tokayev deyib ki, hazırda iclas gedir, prokurorluq xətti ilə onların hamısı məsuliyyətə cəlb olunacaqlar.

Qeyd edək ki, iyunun 8-də Qazaxıstan Fövqəladə Hallar Nazirliyi meşə yanğınının 0,3 hektar ərazini əhatə etdiyi barədə məlumat yayıb, iyunun 9-da yanğın 30 min hektar ərazini əhatə edib.

Yanğın zamanı meşə təsərrüfatının 14 əməkdaşı həlak olub. Qazaxıstan Prezidenti iyunun 12-ni Milli Matəm Günü elan edib.

Son xəbərlər
Digər xəbərlər