2 C
Baku
Saturday, December 14, 2024

Qazaxıstanda Nazarbayevin qardaşı oğlu saxlanılıb -FOTO

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldıulı Korrupsiyaya Qarşı Mübarizə Xidmətinin əməkdaşları tərəfindən mənimsəmədə şübhəli bilinərək saxlayıb.

Bu barədə xidmətin mətbuat idarəsi məlumat yayıb.

Məlumata görə, Korrupsiyaya Qarşı Mübarizə Xidməti vəzifə səlahiyyətlərindən sui-istifadə və “Kazaktelekom” SC-nin xüsusilə külli miqdarda vəsaitlərinin mənimsənilməsi faktları üzrə cinayət işini araşdırır. Bu cinayətləri törətməkdə şübhəli bilinən Kayrat Satıbaldıulı saxlanılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.

“Onun dövlətin təhlükəsizliyinə xələl gətirən digər cinayətlərdə əlinin olub-olmadığı yoxlanılır. İstintaq davam edir. İstintaqın maraqlarına cavab verən digər məlumatlar açıqlana bilməz”, – mətbuat xidmətindən bildiriblər.

Kayrat Satıbaldıulı 1970-ci ildə anadan olub. Bu illər ərzində o, Milli Təhlükəsizlik Komitəsində, hakim Nur Otan partiyasında (indiki Əmanət partiyası) müxtəlif vəzifələrdə çalışıb, bizneslə məşğul olub.

29f5a329 446a 3d46 a81b 3634e26bb3bc 850

 

 

Son xəbərlər
Digər xəbərlər