8 C
Baku
Thursday, December 12, 2024

Qazaxıstanda neft məhsullarının avtomobillə daşınması yenidən qadağan edilib

Qazaxıstanda neft məhsullarının avtomobillə daşınması yenidən altı ay müddətinə qadağan edilib.

Bu barədə Qazaxıstanın Energetika, Daxili İşlər, Maliyyə nazirlikləri və Milli Təhlükəsizlik Komitəsi birgə sənəd imzalayıb.

Sənədə əsasən, Qazaxıstan ərazisində sürtkü yağları istisna olmaqla benzin, dizel yanacağı və digər neft məhsullarının avtomobil nəqliyyatı vasitəsi ilə daşınması altı ay müddətinə qadağan olunub.

Qeyd olunub ki, sənəd iyulun 12-də qüvvəyə minəcək.

Məlumata görə, analoji qadağa bundan əvvəl də ötən ilin noyabrından etibarən qüvvədə olub.

Energetika Nazirliyi qadağanın səbəbinə aydınlıq gətirərək bildirib ki, Rusiya, Özbəkistan və Qırğızıstanda benzin və dizel yanacağının pərakəndə satış qiyməti Qazaxıstandakından bahadır. Qeyd olunub ki, bu, Qazaxıstandan həmin ölkələrin sərhədyanı bölgələrinə yanacağın daşınmasına səbəb olur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər