Qazaxıstanın Şərqi Qazaxıstan vilayətində filiz daşıyan yük qatarı relsdən çıxıb.
“Sputnik.kz” saytı xəbər verir ki, bu barədə “Qazaxıstan Dəmir Yolları” açıqlama yayıb.
Şahidlərin sözlərinə görə, hadisə zamanı 10-dan çox vaqon relsadən çıxaraq aşıb, daha 6 vaqon isə İrtış çayına düşüb.
Aprelin 3-də Oskemen-Kumıstau dəmir yolu xətində baş verən insident zamanı ümumilikdə 18 vaqon aşıb.
Həmin vaqonlardan ikisinin Rusiya Federasiyasının mülkiyyətində olduğu bildirilir.