18 C
Baku
Sunday, April 28, 2024

Qazaxıstanda xərcləri azaltmaq üçün büdcənin auditi aparılacaq

Qazaxıstanın yeni Baş naziri Oljas Bektenov prioritet olmayan xərcləri azaltmaq üçün büdcədə auditin aparılması barədə göstəriş verib.

Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatında deyilir.

Nazirlər Kabineti rəhbərinin sözlərinə görə, büdcə xərcləri tam iqtisadi gəlirə əsaslanaraq dəqiq bölüşdürülməli, məhsuldarlığı olmayan xərclər isə tamamilə istisna olunmalıdır.

“Maliyyə Nazirliyi 10 gün ərzində respublika büdcəsinin, bir ay ərzində isə bütün yerli büdcələrin auditini həyata keçirməlidir. Mühüm əhəmiyyət kəsb etməyən xərclər əhəmiyyətli dərəcədə azaldılmalı və büdcə vəsaiti israf edilməməlidir”, – deyə Oljas Bektenov bildirib.

Baş nazir, həmçinin Vergi Məcəlləsinin dəyişdirilərək praktiki olaraq yenidən yazılmasının vacibliyini vurğulayıb.

“Vergi Məcəlləsində ekspert və biznes nümayəndələrinin rəyi nəzərə alınmalıdır. O, sahibkarlıq fəaliyyətini stimullaşdırmalıdır”, – deyə hökumət başçısı əlavə edib.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər