Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev Covid-19 infeksiyasından sağalıb.
Banker.az xəbər verir ki, bu barədə onun mətbuat katibi Aydos Ukibay məlumat verib.
“Yaxşı xəbərim var. Bugünkü koronavirus testinin nəticəsi mənfi nəticə verib”, – deyə Ukibay bildirir.
Mətbuat katibi əlavə olaraq qeyd edir ki, həkimlərin tövsiyələrinə uyğun olaraq, Nazarbayev distant işləməyə və bir özünü təcrietmə rejiminə riayət etməyə davam edəcək.
Xatırladaq ki, Nursultan Nazarbayevin Covid-19 infeksiyasına yoluxması xəbəri iyunuhn 18-i yayılmışdır.