8 C
Baku
Friday, December 13, 2024

“Qazprom” qaz hasilatını azaldıb

Rusiyanın “Qazprom” şirkəti 2022-ci ilin ilk altı ayında 238.4 mlrd. kubmetr qaz hasil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8.6% azdır.

Bu barədə “Qazprom” öz “Telegram” kanalında paylaşım edib.

“2022-ci ilin yanvar-iyun aylarında “Qazprom” ilkin məlumatlara görə, 238.4 mlrd. kubmetr qaz hasil edib. Bu, ötən illə müqayisədə 8.6% (22.4 mlrd. kubmetr) azdır”, – paylaşımda qeyd olunub.

Qeyd edək ki, 2021-ci ildə şirkət 514.8 mlrd. kubmetr qaz hasil edib ki, bu da 2020-ci illə müqayisədə 62.2 mlrd. kubmetr çoxdur. Bu, son 13 ilin ən yüksək göstəricisi olub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər