17 C
Baku
Saturday, May 4, 2024

“Qazprom”un törəmə şirkətinin əmlakı hərraca çıxarılıb

Avstriyada Rusiyanın “Qazprom” şirkətinin törəmə şirkətinin əmlakını satmağa başlayıb.

Bu barədə “Aurena” auksionunun məlumatında bildirilir.

Satışda mebel, məişət texnikası, seyflər, rəsmlər və hətta bitkilər də daxil olmaqla 236 obyekt var.

Ən bahalı lot 950 avroya “Jan Kath” xalçası, ən ucuzu isə 2 avroya şkaflar olub.

Qeyd edək ki, cari ilin aprel ayında “Qazprom”un Avstriyadakı şirkəti iflasla bağlı yenidən strukturlaşma üçün məhkəməyə ərizə verib – şirkətin öhdəlikləri 30 milyon avrodan çox qiymətləndirilir.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər