16 C
Baku
Thursday, March 28, 2024

Qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 745 minə çatıb

Bu il sentyabrın 1-nə Azərbaycanın qeyri-neft sektorunun qeyri-dövlət bölməsində bağlanmış əmək müqavilələrinin sayı 744 804 təşkil edib.

Bu bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu da əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində islahatların başlandığı 2019-cu ilin əvvəli ilə müqayisədə 204 882 min çoxdur.

“Məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmalarda müşahidə olunan əhəmiyyətli artım əmək bazarında şəffaflaşma proseslərinin göstəricisidir və gəlir vergisi üzrə güzəştin tətbiqinin fiskal səmərəsinə dəlalət edir”, – deyə qurum bəyan edib.

Son xəbərlər
Digər xəbərlər