9 C
Baku
Thursday, December 12, 2024

Qeyri-neft sektorunun özəl bölməsindən vergi daxilolmaları 35%-dən çox artıb

Cari ilin yanvar-iyun aylarında qeyri-neft sektorunun özəl bölməsindən vergi daxilolmaları 35%-dən çox artıb.

Bunu Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə çıxış edərkən iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, özəl bölmənin qeyri-neft-qaz vergi daxilolmalarında xüsusi çəkisi 75%-i üstələyir.

“Paralel olaraq məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların proqnozu 112%, işsizlikdən sığorta haqları üzrə 118% və icbari tibbi sığorta haqları üzrə 107% icra edilib”,- deyə Mikayıl Cabbarov qeyd edib.

Son xəbərlər
Digər xəbərlər