6 C
Baku
Sunday, December 15, 2024

Qeyri-rezidentin yerli müəssisəyə ödədiyi borc Azərbaycan mənbəyindən əldə olunmuş gəlir hesab edilirmi?

Şirkətimizin qeyri-rezident şirkətə göstərdiyi xidmətdən götürdüyü gəlir sahibkarlıq fəaliyyətindən əldə olunmuş ümumi gəlirə aid ediliib. Şirkətimiz həmin əməliyyatlar üzrə yaranan debtor borc məbləğini gəlirdən çıxılmayan xərclərə aid edərək sildiyi halda silinmiş borcun məbləği qeyri-rezidentin Azərbaycan mənbəyində əldə etdiyi gəliri kimi ödəmə mənbəyində vergiyə cəlb edilirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 13.2.16.5-ci maddəsinə əsasən vergi ödəyicisinin borclarının onun kreditorları tərəfindən silinməsindən əldə edilən gəlir Azərbaycan mənbəyindən gəlirə aid edilib.

Eyni zamanda Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinin müddəalarına əsasən, qeyri-rezidentin, Vergi Məcəlləsinin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən gəlirləri və Azərbaycan mənbəyindən əldə edilən digər gəlirlər üzrə ödəmələrindən ödəmə mənbəyində xərclər çıxılmadan 10 faiz dərəcə ilə vergi tutulur.

Qeyd olunanlara əsasən, rezident müəssisə tərəfindən qeyri-rezidentə göstərilmiş xidmətlərə görə müəssisəyə ödənilməli borc məbləğinin silinməsi qeyri-rezidentin Azərbaycan mənbəyindən gəliri hesab edilərək ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergiyə cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 13-cü və 125-ci maddələri

Son xəbərlər
Digər xəbərlər