5 C
Baku
Saturday, December 14, 2024

Qida bazarının oyunçusu “Delta Qrup C.O.”nun nizamnamə kapitalı artırılıb

Azərbaycanda iki böyük zavoda sahib olan və eləcə də xarici məhsulların distributoru olan “Delta Qrup C.O.” MMC-nin nizamnamə kapitalı yenidən artırılıb.

Banker.az xəbər verir ki, şirkətin kapitalı  5.006 milyon manat (qısa: 5.01 mln.), yaxud 14.3% artımla 40.006 milyon manata çatdırılıb.

Xatırladaq ki, 1999-cu ildən fəaliyyət göstərən “Delta Qrup C.O.” MMC-nin iki əsas fəaliyyət sahəsi mövcuddur: yerli istehsalat və distribyutorluq (dağıtım). Əhalinin gündəlik istehlak məhsullarına olan təlabatın təmin edilməsi məqsədi ilə Şirkətin iki böyük zavodu  (“Bismak” və “Çörəkçi”) fəaliyyətdədir.

Son xəbərlər
Digər xəbərlər