10 C
Baku
Wednesday, December 11, 2024

“Qida zəncirinin mərhələlərində beynəlxalq standartların tətbiqi” mövzusunda təlim keçiriləcək

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və “Food Cert MMC”-nin birgə təşkilatçılığı ilə “Qida  zəncirinin mərhələlərində beynəlxalq standartların tətbiqi” mövzusunda təlim keçiriləcək. Sahibkarlar üçün nəzərdə tutulan maarifləndirici təlim “Food Cert MMC”-nin nümayəndəsi tərəfindən aparılacaq.

   Bir Pəncərə İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə bildirir ki, Qida təhlükəsizliyinin idarəetmə sistemi qida məhsullarının istehsalından tutmuş istehlakçıya çatan mərhələləri əhatə etməlidir. “Təlim zamanı  HAACP, BRC, ISO 22000:2018 kimi qida təhlükəsizliyi idarəetmə sistemində ən çox tətbiq olunan beynəlxalq standartların tətbiqi qaydaları, tətbiqin üstünlükləri, ixrac prosesində inteqrasiyasi barədə geniş məlumat veriləcək. Həmçinin Avropa Birliyində ixrac tələbləri, sertifikatlaşdırma, qablaşdırma və etikietlənməyə aid tələblər, bu sahədə innovasiyalar müzakirə olunacaq.”  

   Qeyd edək ki, əhalinin keyfiyyətli və təhlükəsiz ərzaq məhsullarına tələbatının davamlı təmin edilməsi, istehlakçıların sağlamlığının qorunması, o cümlədən qida sahəsində fəaliyyət göstərən sahibkarların istehsal və idxal-ixrac həcminin artırılması istiqamətində beynəlxalq standartların tətbiqi zəruri xarakter daşıyır. 

Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramının strateji baxış və məqsədlərini əsas tutaraq , “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi mütəmadi olaraq sahibkarları bu istiqamətlər üzrə maarifləndirməyi planlaşdırır.

  Beləliklə, ölkəmizdə qida təhlükəsizliyi sahəsində aparılan islahatlar nəticəsində bu sahəyə aid norma və qaydaların mövcud beynəlxalq tələblərə uyğunlaşdırılmasını nəzərə alaraq, sahibkar və ixracatçıları “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən həyata keçirilən tədbirə dəvət edirik.

    “Qida  zəncirinin mərhələlərində beynəlxalq standartların tətbiqi”” mövzusunda təlim  5 dekabr 2019-cu il, saat 10:00-da İİTKM-ın inzibati binasında (Ünvan: Bakı ş, Yasamal r, L.Landau küçəsi 16) təşkil olunacaq.

Tədbirdə iştirak etmək istəyən şəxslər təqdim olunan link vasitəsi ilə qeydiyyatdan keçə bilərlər: 

http://iqtisadiislahat.org/frontend/web/registration/

      

Son xəbərlər
Digər xəbərlər