13 C
Baku
Tuesday, May 7, 2024

Qırğızıstan ilə Tacikistan arasında atəşkəs barədə razılıq əldə olunub

Qırğızıstan və Tacikistan Milli Təhlükəsizlik üzrə Dövlət Komitələrinin başçıları atəşkəs barədə razılığa gəliblər.

Bu barədə Qırğızıstanın deputatı Əlişir Kozuyev jurnalistlərə bildirib.

Məlumata görə, Qırğızıstan və Tacikistan Milli Təhlükəsizlik üzrə Dövlət Komitələrinin rəhbərləri Kamçıbek Taşiyev və Saymumin Yatimov saat 16:00-da (Bakı vaxtı ilə 14:00) atəşkəs barədə razılığa gəliblər.

Onun sözlərinə görə, bu barədə bir neçə dəqiqə əvvəl deputatların etirazçılarla görüşündə məlum olub.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər