3 C
Baku
Saturday, December 14, 2024

Qırğızıstan məhsullarını Azərbaycan vasitəsilə dünya bazarlarına çatdırmaq istəyir

Azərbaycanla Qırğızıstan arasında ticari-iqtisadi əməkdaşlığın inkişafı imkanlarını kifayət qədər genişdir. Ölkələrimiz arasında bir sıra oxşar cəhətlər var, məsələn, biz kənd təsərrüfatına böyük önəm veririk. Əməkdaşlıq üçün vacib sahələrdən biri turizmdir. Bu sahədə Bakının böyük nailiyyətləri var, Qırğızıstan da bu istiqamətdə işləyir. Bundan əlavə, son hadisələr fonunda Azərbaycanın bütün Mərkəzi Asiya ölkələri və Qırğızıstan üçün tranzit rolu mühüm əhəmiyyət kəsb edir və biz də bu istiqamətdə əməkdaşlıq edirik.

Bunu Qırğızıstan Respublikasının Dövlət İdarəçilik və Siyasət İnstitutunun direktor müavini və baş elmi işçisi Roman İsaakoviç Mogilevski “vergiler.az”a müsahibəsində deyib.

O, qeyd edib ki, Azərbaycandan Qırğızıstana investisiyaların cəlb edilməsi əsas prioritetlərdəndir: “Düşünürəm ki, Qırğızıstan müxtəlif sahələr üzrə fəaliyyət göstərən Azərbaycan şirkətlərini qəbul etməkdə çox maraqlı olardı. Turizm, sənaye, kənd təsərrüfatı və nəqliyyat da mühüm istiqamətlərdir. Qırğızıstan kiçik ölkədir, ona görə də bu cür əməkdaşlığın inkişaf edə biləcəyi sahələri qeyd etmək lazımdır. Bundan əlavə, enerji layihələri də perspektivlidir. Xüsusilə neft məhsullarını idxal edən Qırğızıstan tədarük mənbələrinin şaxələndirilməsində maraqlıdır”.

Dünyadakı geosiyasi vəziyyəti nəzərə alaraq, bir çox ölkələr Avropa ilə Asiya arasında yüklərin çatdırılması üçün alternativ yollar axtarır. Bu kontekstdə Azərbaycanın tranzit potensialını dəyərləndirən Roman Mogilevskinin fikrincə, regionda baş verən son hadisələr fonunda, Qırğızıstan məhsullarının Azərbaycan vasitəsilə dünya bazarlarına çatdırılması daha məqsədəuyğundur: “Biz hazırda yaranmaqda olan, Azərbaycanın əsas rol oynadığı, Mərkəzi Asiyanı Qara dənizlə birləşdirən irimiqyaslı layihəyə qoşulmaqda çox maraqlıyıq”.

 

 

Son xəbərlər
Digər xəbərlər