14 C
Baku
Saturday, April 27, 2024

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfərə yola düşüb

Qırğızıstan prezidenti Sooronbay Jeenbekov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII iclasında iştirak etmək üçün Azərbaycana rəsmi səfərə yola düşüb.

Report agentliyi xəbər verir ki, məlumatı Qırğızıstan prezidentinin mətbuat xidməti yayıb.

Dövlət başçısını səfərdə xarici işlər naziri Çingiz Aydarbekov, iqtisadiyyat naziri Sanjar Mukanbetov, maliyyə naziri Baktıqul Jeenbayeva, mədəniyyət, informasiya və turizm naziri Azamat Jamankulov, eləcə də Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Daniyar Sadıkov müşaiyət edir.

S.Jeenbekovun bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüşü planlaşdırılır. Bundan əlavə, Qırğızıstan rəhbəri Bakıda Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevlə də görüşəcək.

Türk Şurasının iclası sabah keçiriləcək. Tədbirdən sonra S.Jeenbekov Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ilə görüşəcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər